"Aztelekom" İstehsalat Birliyində peşə bayramı qeyd olundu

“Aztelekom” İstehsalat Birliyində peşə bayramı qeyd olundu

“Aztelekom” İstehsalat Birliyində 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və telefon rabitəsinin yaranmasının 131 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdən öncə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) kollektivi ilə birlikdə “Aztelekom” İstehsalat Birliyində çalışanlar da   Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü. Rabitəçilər Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzdülər.

Sonra tədbir “Aztelekom” İB-nin inzibati binasında davam etdirildi. Tədbiri giriş sözü ilə açan Baş direktor Məhəmməd Məmmədov peşə bayramı münasibətilə rabitəçiləri təbrik etdi. Rabitənin yaranma tarixi və inkişafı haqqında danışan M.Məmmədov qeyd etdi ki, Bakıda telefon rabitəsi 1881-ci ildə yaradılmış, həmin il dekabrın 6-da ilk telefon xətti çəkilmişdır. (Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2006-cı il tarixli 1804 nömrəli Sərəncamı ilə hər il dekabr ayının 6-nın rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunması qərara alınıb) 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olmuşdur.

M.Məmmədov vurğuladi ki, Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-82-ci illərə düşür. Həmin illərdə respublikaya rəhbərlik etmiş cənab Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində öz əksini tapır. 1970-ci il iyun ayının 24-də möhtərəm Heydər Əliyev cənablarının təşəbbüsü və rəhbərliyi ilə “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” məsələ Mərkəzi Komitənin bürosuna çıxarılmış və tarixi qərar qəbul edilmişdir.

1970-80-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmır, respublikanın digər bölgələrini də əhatə edirdi. Bu illərdə Gəncədə beşmərtəbəli xüsusi rabitə binası istifadəyə verildi, orada 8 min nömrəlik ATS, şəhərlərarası ATS, teleqraf və radio avadanlıqları quraşdırıldı, Sumqayıtda 9 min nömrəlik ATS, Naxçıvanda 5 min nömrəlik ATS inşa edilməklə yanaşı digər şəhər və rayonlarda, kənd və qəsəbələrdə də ATS tikintisi aparılırdı.

Baş direktor Müstəqilliyimizin ilk illərində ümummilli lider Heydər Əliyevin digər sahələrlə yanaşı informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə də xüsusi diqqət yetirməyini xüsusi vurğuladı. M.Məmmədov qeyd etdi ki, ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsində qurulması prezident İlham Əliyevin prioritetləri sırasındadır. Təsadüfi deyil ki, cənab İlham Əliyevin prezident seçildikdən sonra  ilk beynəlxalq səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı oldu.

2004-ci ildə ölkəmizdə, xüsusilə rеspublikanın bölgələrində  rabitənin inkişafı və infоrmasiya tехnоlоgiyalarının tətbiqinin gеnişləndirilməsi sahəsində dövlət siyasəti müəyyənləşdirildi. Rabitə və infоrmasiya tехnоlоgiyaları sahəsi ölkənin inkişaf priоritеtlərinə aid еdildi. Rabitə və İnfоrmasiya Техnоlоgiyaları Nazirliyinin  yaranması «Аztеlеkоm» İstеhsalat Birliyinin fəaliyyət priоritеtinin yеni istiqamətini – yеrlərdə Теlеkоmmunikasiya və İnfоrmasiya Техnоlоgiyalarının yеniliklərinin tətbiqinin sürətləndirilməsini müəyyənləşdirdi.

Tədbirin sonunda Baş direktor  “Sağlamlıq-2012” spartakiadasında və digər müsabiqələrdəki “Aztelekom” İB-nin uğurlu nəticələrindən soz açaraq bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Vurğulandı ki, Rabitə və İnformasiya Texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ərəfəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunan yarış və müsabiqələrdə “Aztelekom” İstehsalat Birliyi yenə ənənəsinə sadiq qalaraq bu il də vahid lider oldu. Belə ki, ümumi komanda hesabında hər il olduğu kimi bu il də “Aztelekom” İstehsalat Birliyinin idmançıları Rabitə və İnformasiya Texnologiyaları sahəsi işçilərinin “Sağlamlıq – 2012” spartakiadasında birinci oldu, “ən peşəkar rabitəçi” müsabiqəsində də birliyimizin işçiləri “ən yaxşı xətt montyoru”, “ən yaxşı kross işçisi” və “ən yaxşı kabel calayıcısı” nominasiyalarında birinci olmaqla, yenə ümumi komanda hesabında qalib gəldilər və aztelekom.org saytı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Birlik və müəssisələri arasında ən yaxşı internet resursu" nominasiyası üzrə qalib oldu.

Tədbir bayram münasibəti ilə təltif olunmuş işçilərə - 14 nəfərə “Rabitə Ustası”, 24 nəfərə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Fəxri Fərman”ı, 52 nəfərə “Aztelekom” İstehsalat Birliyinin “Fəxri Fərman”ı olmaqla, fəxri adlar və müvafiq mükafatların təqdimatı ilə davam etdirildi. Sonra  Respublika Rabitə İşçiləri veteranlar şurasının sədri İsfəndiyar İbrahimli və  Sumqayıt Telekommunukasiya Qovşağının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə “ən peşəkar rabitəçi” müsabiqəsində “ən yaxşı kross işçisi” nominasiyasında birinci yeri tutmuş elektro mexaniki Zəlihə Abbasova çıxış etdilər, mərasimə video-konfrans rabitə ilə qoşulmuş yerli müəsisələrin təbrikləri səsləndi.

Xəbər 185 dəfə oxunub




cheap newport cigarettes cartons cialis preisvergleich cialis in spanien kaufen