İKT Xəbərləri

Nazir Əli Abbasov İran səfiri ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb. Nazir Əli Abbasov Azərbaycanla İran arasında dost və qonşuluq müstəvisində davam edən münasibətlərdən söz açıb, gələcəkdə də bu münasibətlərin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırıb.     
Ölkələrimiz arasında yaradılan əməkdaşlıqda informasiya-kommunikasiya texnologiyaları sahəsini yeni fürsət kimi dəyərləndirən səfir Möhsün Pakayin də Azərbaycan və İranın müvafiq nazirlikləri arasında rabitə sahəsindəki mövcud əlaqələrin yüksək olduğunu, bu əlaqələrin daha da genişləndirilməsi üçün səfirliyin səylər göstərəcəyini, eyni zamanda ölkələrimiz arasında internet, İKT, radioyayım, radiotezliklərin idarə edilməsi və s. sahələrdə həlli nəzərdə tutulan məsələlərin danışıqlar yolu ilə həllinə və İranla Azərbaycanın İKT sahəsinin inkişafında bir-birinə qarşılıqlı kömək göstərməli olduqlarını vurğulayıb.
Bu yaxınlarda Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Toplantısını da xatırladan səfir orada Azərbaycan tərəfinin iştirakı, eyni zamanda bir sıra görüşlərdə də faydalı nəticələrin əldə olunduğunu, gələcəkdə texniki problemlərin həllində mütəxəssislərin səylərini artıracaqlarını xüsusi qeyd edib. Azərbaycanda keçirilən “Bakutel” sərgi-konfransı ilə bağlı fikirlərini bölüşən Möhsün Pakayin İran şirkətlərinin burada milli pavilyonla təmsil olunmasının ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafında səmərə verə biləcəyini, növbəti illərdə ölkəmizdə keçiriləcək bu tipli sərgilərdə iranlı şirkətlərin də səfirlik vasitəsilə dəvət olunması ilə bağlı arzusunu bildirib.   
Öz növbəsində nazir Əli Abbasov İKT-nin müxtəlif istiqamətləri, o cümlədən sərhəd bölgələrində mobil xidmətlərin düzgün tezliklərdə işlənməsi və s. sahələrdə səylərin artırılması, iqtisadi səmərəliliyin gücləndirilməsinin vacibliyinə diqqət çəkib, Azərbaycanın dünyanın bir sıra aparıcı ölkələri ilə birgə İKT sahəsi üzrə forumların təşkili təcrübəsini əsas götürərək, növbəti ildə İKT üzrə İran-Azərbaycan Forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb.
Nazir həmçinin İrandan Azərbaycana daxil olan mobil telefon şəbəkəsindəki problemlərlə əlaqədar İran tərəfinin xahişi nəzərə alınmaqla yeni tarif siyasətinin həyata keçirilməsi üçün ölkəmiz tərəfindən təkliflər paketinin hazırlandığını, təkliflərin hər iki ölkənin mütəxəssisləri səviyyəsində baxılıb müzakirə edildikdən sonra bu problemin də aradan qaldırılacağına ümidvar olduğunu qeyd edib. 
http://mincom.gov.az

Xəbər 38 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

cigarettes ordering kamagra livraison viagra cialis levitra generika