İKT Xəbərləri

Ericsson şirkəti Samsung Electronics-i məhkəməyə verir

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı Ericsson şirkəti bu gün ABŞ-da məhkəmə iddiası qaldıraraq Koreyanın Samsung Electronics şirkətini patent hüququnu pozmaqda təqsirli bilir. Ericsson nümayəndələri Samsung-a qarşı iddia qaldırdıqlarını təsdiqləyərək Koreya istehsalçısının standartlaşdırılmış FRAND patentlə əlaqədar lisenziya sazişinin müddətini uzatmaqdan imtina etdiyini, bir müddət əvvəl tərəflər arasında belə sazişin imzalandığını bildiriblər.   
“Mübahisə Samsung-un məhsullarında tətbiq edilən Ericsson-a məxsus bir neçə telekommunikasiya və şəbəkə standartlarını tamamlayan patentləşdirilmiş texnologiyaya, eləcə də istehlak məhsullarında istifadə olunan bir neçə kəşflərə aiddir”, - İsveç istehsalçısının bəyanatında deyilir.     
Samsung şirkətində iddianı şərh etməkdən imtina ediblər. Ericsson-un mətbuat xidmətindən də məsələ ilə bağlı fikir öyrənmək mümkün olmayıb Cybersecurity yazır.
http://mincom.gov.az

Xəbər 34 dəfə oxunub