İKT Xəbərləri

Microsoft Avropada mağazalar şəbəkəsi açacaq

Microsoft şirkəti Avropanın nəhəng daşınmaz əmlak sahibləri ilə mağazalarının açılmasına dair danışıqlara başlayıb. Belə ki, şirkət 2013-cü il ərzində stasionar satış nöqtələri açmaq niyyətindədir və ilk mağazaların Böyük Britaniyada işə salınması planlaşdırılır.  
Bununla da Microsoft Apple şirkətinin Apple Store mağazalarında məhsullarını, xüsusilə smartfon və proqram təminatlarını satması üçün tətbiq etdiyi strategiyadan yararlanır. Yeri gəlmişkən qeyd edək ki, Apple-a 14 ölkədə təxminən 400 mağaza məxsusdur.
Apple-dan fərqli olaraq Microsoft mağazalarında Nokia və digər şirkətlərin istehsal etdikləri mobil telefonları satır. Eyni zamanda mağazalarda Microsoft-un bütün proqram məhsullarını – kompüter oyunlarından ofis proqram təminatınadək almaq mümkündür. 
Hazırda Microsoft-un mağazaları Kanada və ABŞ-da fəaliyyət göstərir. Bundan başqa, şirkət Puerto-Riko və Cənubi Amerikada pərakəndə satış nöqtələrinə malikdir. Şirkətin Avropada açmağa planlaşdırdığı mağazalar tərtibat və üslub baxımından ABŞ-dakı kimi qurulsa da, yerli alıcıların xüsusiyyətlərinin nəzərə alınması planlaşdırılır.   
 
www.lenta.ru
http://mincom.gov.az

Xəbər 87 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

prix levitra 10 mg orodispersible levitra 100mg