İKT Xəbərləri

Bu il dünyada 104 milyon planşet satılacaq

Digitimes Research şirkətinin analitikləri tərəfindən məşhur şirkətlərin istehsal etdikləri planşet kompüterlərin dünya satışlarının 64 faiz artacağını bildirən hesabat dərc olunub. Şirkətin proqnozlarına əsasən, 2012-ci ildə dünyada 104 milyon planşet satılacaq. Aparıcı şirkətlər reytinqində liderlik ABŞ-ın Apple şirkətinə məxsusdur, ikinci yerdə Amazon, üçüncüdə isə  Nexus 7 və Nexus 10 modelləri sayəsində Google şirkətləri qərarlaşıb. Bundan başqa, dördüncü yerdə Microsoft, beşincidə Samsung Electronics, altıncıda Barnes & Noble şirkətləri yer alıb. Asustek, Lenovo və Acer şirkətləri müvafiq olaraq yeddinci, səkkizinci və doqquzuncu yerləri bölüşəcəklər.   
Digitimes Research şirkətinin apardığı tədqiqata görə, 2012-ci ilin dördüncü rübündə dünya üzrə planşetlərin tədarükləri 40,93 milyon ədəd təşkil edəcək ki, bu da əvvəlki rübdə qeydə alınan nəticədən 72,7 faiz və 2011-ci ilin müvafiq rübündən 89,7 faiz çoxdur, Cybersecurity yazır.
Bütün dünyada planşetlərin satış həcminin artması xeyli sayda qurğuların müvafiq servislərlə təmin edilməsini tələb edəcək. Bu servislərin əksəriyyətinin “bulud” texnologiyalarına aid olması məlumatların emalı mərkəzlərinin daxilində də dünya trafik həcminin artmasını qaçılmaz edir. Belə ki, Cisco şirkətinin proqnozlarına əsasən, 2016-cı ilə bu trafikin illik həcmi 31 faizlik ortaillik artım tempi ilə 6,6 zetabayta çatacaq. “Bulud” trafikinin payı ümumi göstəricinin təxminən üçdə birini təşkil edəcək. 2011-2016-cı illər ərzində ümumdünya miqyasında “bulud” trafikinin payı 39 faizdən 64 faizədək artacaq və bununla da sözügedən trafik data-mərkəzlərdə ümumdünya trafikindən iki dəfə sürətli artacaq.   
http://mincom.gov.az

Xəbər 48 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

kamel hidden cigarettes