İKT Xəbərləri
Rabitə və informasiya texnologiyaları naziri ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının spikeri ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının spikeri Maykl Madiqanla görüşüb. Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən informasiya texnologiyaları sahəsində görülən işlərdən söz açan nazir Əli Abbasov qonağı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsas fəaliyyət istiqamətləri ilə bağlı məlumatlandırıb.
Noyabrın 6-9-da BMT-nin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil etdiyi VII İnternet İdarəçilik Forumunun Bakıda keçirildiyini xatırladan nazir bunu ölkəmizdə azad internetin göstəricisi kimi vurğulayıb və qeyd edib ki, ölkə əhalisinin 65 faizi internet, 30 faizi isə genişzolaqlı internet istifadəçisidir. Ümumilikdə genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, elektron xidmətlərin daha da genişləndirilməsi, ilk telekommunikasiya peykinin yaxın zamanlarda orbitə buraxılması, eləcə də digər milli və regional layihələrdən söz açan nazir İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyəti ilə internetin inkişafında “start-up”- kiçik, modern müəssisələrin yaradılmasına güzəştli şərtlərlə dəstək veriləcəyini və bu sahənin daha da inkişaf edəcəyini diqqətə çatdırıb.
Ölkəmizin uğurlarını müsbət qarşılayan Maykl Madiqan da İllinoys ştatında, o cümlədən Çikaqo şəhərində aparılan işlər barədə məlumat verib.
Görüşdə həmçinin, Azərbaycanın İT Fondu ilə İllinoys ştatının maliyyə fondları və mərkəzləri ilə gələcəkdə əməkdaşlıq məsələləri müzakirə edilib və bu istiqamətdə spiker lazımi dəstək verəcəyini xüsusi vurğulayıb.

http://mincom.gov.az
Xəbər 42 dəfə oxunub