İKT Xəbərləri

Nokia smartfonlar bazarında 7-ci yerə düşüb

Gartner analitik şirkətinin son məlumatlarına əsasən, Finlandiyanın Nokia şirkəti üçüncü rübün yekunlarına görə dünya smartfonlar bazarında üçüncü yerdən yeddinci yerə düşüb. Bazarın liderləri – Samsung və Apple şirkətləri ümumilikdə smartfonlar bazarının 46,5 faizinə nəzarət edirlər. Gartner nümayəndələri bildirilər ki, Nokia rüb ərzində cəmi 7,2 milyon smartfon və 82,3 milyon mobil telefon satıb. Bir il əvvəl Finlandiya istehsalçısı 105 milyon aparat satmışdı.  
“Windows Phone 8 əməliyyat sistemli Lumia qurğularının bazara daxil olması Nokia-ya artıq dördüncü rübdə azalma tempinin qarşısını almaqda kömək etməlidir, halbuki biz 2013-cü ilədək şirkətin vəziyyətinin nəzərə çarpacaq dərəcədə yaxşılaşmasını gözləmirik”, - deyə analitik şirkət nümayəndələri qeyd edirlər.
Analitiklər vurğulayırlar ki, hazırda Nokia şrikəti qabaqcıl Lumia 920 və 820 aparatlarını bütün dünyada operatorlar vasitəsilə satmağa başlayıb və cari rübün yekunları üzrə bu satışın nə dərəcədə özünü doğruldacağı məlum olacaq. Gartner nümayəndələri Finlandiya şirkətinin yeni smartfonlarının Yeni il ərəfəsində yaxşı satılacağını və bunun da öz növbəsində istehsalçının payına təsir göstərəcəyini gözləyirlər,Cybersecurity yazır. 
Üçüncü rübün yekunlarına görə iri smartfon satıcısı il ərzində smartfonların satışını 19 faiz artırmaqla 98 milyona çatdıran Cənubi Koreyanın Samsung şirkəti olub, halbuki il ərzində  ümumilikdə smartfonların tədarükü 47 faiz – 169,2 milyon ədədədək artıb. Bazarın digər nəhəng tədarükçüsü hesab edilən ABŞ-ın Apple şirkəti üçüncü rübdə bazara 23,5 milyon iPhone smartfonu çıxarıb.  
http://mincom.gov.az

Xəbər 48 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

potenz steigern levitra traitement kamagranow co uk apcalis