İKT Xəbərləri
Microsoft-un rəhbərlərindən biri istefa verib
Microsoft korporasiyası Windows and Windows Live bölməsinin rəhbəri Stiven Sinofskinin istefaya getdiyini açıqlayıb.
Noyabrın 13-dən etibarən S.Sinofskinin səlahiyyətləri iki qadın – Culiya Larson-Qrin və Temi Reller arasında bölüşdürüləcək. Culiya Larson-Qrin Windows və aparat təminatı üzrə bütün məhsulların işlənib hazırlanmasına, T.Reller isə platformanın biznes inkişafına məsul olacaq. Hər iki rəhbər korporasiyanın baş direktoru Stiv Balmerin tabeçiliyi altında çalışacaq.
Culiya Larson-Qrin 1993-cü ildən Microsoft-da çalışır. O, Internet Explorer, Microsoft Office, Windows 7 və Windows 8 kimi məhsulların hazırlanamsında iştirak edərək qrafik interfeysin işlənməsi və məhsulların lokallaşdırılması ilə məşğul olub. Xanım Culiya proqram təminatı üzrə magistr elmi dərəcəsinə, eləcə də işgüzar inzibatçılıq üzrə bakalavr dərəcəsinə malikdir.
Qeyd etmək lazımdır ki, S.Sinofski Windows 8 əməliyyat sistemi, yeni Office 2013 proqramı və korporasiyanın ilk istehsalı olan Surface planşet kompüteri işıq üzü gördükdən sonra Microsoft-u tərk edib,CNews yazır.
Onu da vurğulamalıyıq ki, 1989-cu ildə şirkətə proqram təminatı tərtibatçısı kimi qoşulan S.Sinofski Microsoft-un veteranı olub və S.Balmerin xələfi hesab edilib. Onun bundan sonra harada işləyəcəyi barədə məlumat verilmir.
http://mincom.gov.az
Xəbər 56 dəfə oxunub