İKT Xəbərləri

Azərbaycanda keçirilən IGF Forumu əksər ölkələr üçün əhəmiyyətlidir – Vinton Sörf

Bakıda keçirilən İnternet İdarəçilik Forumu (IGF) çox vacibdir, belə ki, internet əksər ölkələr üçün əhəmiyyət kəsb edir. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Google korporasiyasının vitse-prezidenti, daha çox “internetin atası” kimi tanınan Vinton Sörf deyib.
“İnternet əksər ölkələr üçün əhəmiyyət kəsb edir ki, bunun da biz burada şahidi oluruq”, V.Serfin sözlərini Trend agentliyi sitat gətirir.
Google-un vitse-prezidentinin sözlərinə görə, forumun Azərbaycanda keçirilməsi daha çox əhəmiyyət daşıyır, çünki ölkə fəal şəkildə inkişaf edir.  
“Mən istəyirəm dünya başa düşsün ki, internet təkcə bizim ənənəvi olaraq inkişaf etmiş ölkələr adlandırdığımız ölkələrlə məhdudlaşmır. İnternet başqa ölkələrdə də, xüsusilə burada təşəkkül tapır”, - o qeyd edib.  
V.Sörfin sözlərinə görə, internet dünyada hər bir insana onun inkişafına öz töhfəsini verməyə imkan verir və bilik mübadiləsi üçün güclü mənbədir.    
O əlavə edib ki, məlumat mübadiləsi informasiyanın özündən daha dəyərlidir.
http://mincom.gov.az

Xəbər 65 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

buy tobacco online usa levitra 100mg cheap levitra uk