İKT Xəbərləri
Azərbaycan və ABŞ İKT sektorunda əməkdaşlığa dair Memorandum imzalayıblar
Bu gün Bakıda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Amerika Ticarət Palatası (AmCham) və Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-ABŞ İKT Forumu keçirilib.
Tədbir çərçivəsində Azərbaycan və ABŞ arasında İKT sektorunda əməkdaşlığa dair Memorandum imzalanıb.
Sənədi Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, qarşı tərəfdən ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Vervir imzalayıblar.
İki ölkənin rəsmi şəxslərinin və özəl sektorunun nümayəndələrinin iştirak etdiyi forumda ölkələr arasında informasiya kommunikasiya texnologiyaları sektorunda əməkdaşlıq perspektivləri müzakirə edilib, eləcə də qazanılmış təcrübə ətrafında fikir mübadiləsi aparılıb.
http://mincom.gov.az
Xəbər 33 dəfə oxunub