İKT Xəbərləri

Azərbaycanda beynəlxalq İKT həftəsi başlayır

Azərbaycanda beynəlxalq İKT həftəsi başlayır. Həftənin əsas tədbirləri noyabrın 6-da Bakıda start götürən VII İnternet İdarəçilik Forumu (IGF 2012) və XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransıdır (BakuTel-2012).
Noyabrın 5-də Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 47-ci iclası və RRB yanında MDB iştirakçı dövlətlərinin informatizasiya üzrə Koordinasiya Şurasının iclası keçirilir. İclasda RRB ölkələrinin rabitə və informatizasiya sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilir.   
Bu gün həmçinin Bakıda IGF 2012-nin rəsmi açılışı ərəfəsində İKT sahəsi üzrə nazirlər səviyyəsində görüş olacaq. Burada beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur. Tədbir müasir, hiperbirləşmiş dünyada əmələ gələn problemlərin müzakirəsinə (Addressing the Challenges of a Hyperconnected World) həsr edilib. Müzakirələrin yekunu üzrə Bakı Bəyannaməsi qəbul olunması gözlənilir.
Sabah başlayan IGF forumunda dünyanın 1500-dən çox nümayəndə heyətinin – dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları və KİV nümayəndələrinin iştirakı gözlənilir. Tədbirin əsas mövzusu “Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması” (Internet Governance for Sustainable Human, Economic and Social Development) elan edilib. Müzakirə ediləcək məsələlər arasında internetin inkişafı sayəsində dünya ictimaiyyəti qarşısında duran  qlobal problemlər yer alıb. Forum iştirakçıları həmçinin kibertəhlükəsizlik, əhalinin müxtəlif təbəqələrinin internetdən bərabərhüquqlu istifadəsi, uşaqların internetdən icazəsiz istifadə etmələri və hazırda aktual olan digər məsələləri nəzərdən keçirəcəklər. Forumun gündəliyində “yeni media”nın rolu, internet-resurslara çıxışın bağlanması, yeni biznes-modellər, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə əməliyyatlar zamanı internetdən istifadə kimi nisbətən yeni mövzular da yer alıb.   
Tədbir təşkilatçıları həmçinin virtual iştirakı da nəzərə alıblar. Belə ki, arzu edənlər forumu internet vasitəsilə (http://www.intgovforum.org/cms/) canlı izləyə biləcəklər.
Xəzəryanı regionda telekommunikasiya avadanlıqları, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə ən böyük tədbir olan BakuTel sərgisi bu il ümumilikdə 30 ölkənin 200 şirkətini bir araya gətirəcək. Avstriya, Kanada, Xorvatiya və Fransa sərgidə öz milli pavilyonları ilə çıxış edəcəklər.  
BakuTel-2012 sərgisi İKT texnologiyaları üzrə bütün aktual format və istiqamətləri nümayiş etdirməklə ziyarətçilər üçün dolğun və rəngarəng sərgi ekspozisiyasını təmin edəcək. Sərginin bu il təklif etdiyi yeniliklər arasında insanların ünsiyyəti üçün yeni-yeni imkanlar açan proqram təminatları, peyk rabitəsi üçün servis avadanlıqları, teleradio yayım avadanlıqları və texnologiyaları, kabel televiziyası xidmətləri, mobil texnologiyalar, radiostansiyalar və radiorabitə qurğuları var. Həmçinin müxtəlif mobil rabitə operatorlarının “Daşınan nömrələr” layihəsi, eləcə də təyyarələrin içində mobil rabitə üçün yeni həll variantları nümayiş etdiriləcək.   
http://mincom.gov.az

Xəbər 37 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

marlboro worldwide mastercard cialis apotheke holland