İKT Xəbərləri

Amazon son 4 ildə rüb ərzində ilk dəfə itkilərlə üzləşdiyini açıqlayıb

Amazon internet-şirkəti 2012-ci ilin üçüncü rübündə görülən işlərə yekun vurub. Son dörd il ərzində ilk dəfə olaraq şirkət rübü 274 milyon dollar məbləğində xalis itkilərlə başa vurub. Bu rəqəmlərə  şirkətin LivingSocial güzəştlər servisində aktivlərinin bazar dəyərinin aşağı düşməsi ilə əlaqədar 169 milyon dollar məbləğində üzləşdiyi itkilər daxildir. Qeyd edək ki, 2010-cu ilin dekabrında Amazon LivingSocial servisinə 175 milyon dollar sərmayə yatırıb. 2011-ci ilin üçüncü rübündə internet-şirkət 63 milyon dollar mənfəət əldə edib.   
Amazon-un əməliyyat itkiləri 28 milyon dollar təşkil edib, halbuki bir il əvvəl üçüncü rübün yekunları üzrə şirkət 79 milyon dollar əməliyyat mənfəəti əldə etmişdi. Cari ilin iyulunda şirkət hesabat rübündə 50-350 milyon dollar arasında gözlənilən itkilər barədə məlumat verib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Amazon-un mədaxili 27 faiz artaraq 10,88 milyard dollardan 13,81 milyard dollaradək yüksəlib ki, bu da analitiklərin 13,92 milyard dollar məbləğində gözlədikləri proqnozundan az olub, 3DNews yazır.  
Dördüncü rübdə internet-şirkət 20,25-22,75 milyard dollar məbləğində satış həcmi gözləyir ki, bu da analitiklərin əvvəlcədən gözlədikləri 22,88 milyarddan bir qədər azdır. Amazon dördüncü rübdə həmçinin 490 milyon dollarlıq itki ilə üzləşəcəyini və 310 milyon dollar mənfəət əldə edəcəyini düşünür, halbuki ötən ilin son dörd ayı ərzində şirkət 260 milyon dollar məbləğində mənfəət əldə etməyə nail olmuşdu.  
   
http://mincom.gov.az

Xəbər 62 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

cialis in polen