İKT Xəbərləri

Apple dördüncü rübü rekord gəlir və mənfəət göstəriciləri ilə başa vurub

Apple şirkəti sentyabrın 29-da başa çatmış 2012-ci maliyyə ilinin dördüncü rübünə dair maliyyə göstəriclərini dərc edib. Rüb ərzində şirkətin gəliri 36 milyard, xalis mənfəəti 8,2 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə şirkətin gəliri 28,3 milyard, xalis mənfəəti 6,6 milyard dollar olmuşdu. Ümumi rüblük mənfəət bir il əvvəlki 40,3 faizlə müqayisədə 40 faiz, beynəlxalq satışlar isə rüblük gəlirin 60 faizini təşkil edib.   
Hesabat rübü ərzində ümumilikdə istehsalçı 26,9 milyon iPhone smartfonu satıb ki, bu da ötən ilin müvafiq rübündəkindən 58 faiz çoxdur. Şirkət həmçinin 14 milyon iPad planşet kompüteri sataraq ötən ilin analoji rübü ilə müqayisədə 26 faizlik artıma nail olub. Bundan başqa, 4,9 milyon Mac kompüteri və 5,3 milyon iPod pleyeri satılıb ki, bu da ötən ilin analoji rübündən müvafiq olaraq 1 və 19 faiz çoxdur.
Apple-ın Direktorlar Şurası bir səhm üçün 2,65 dollar məbləğində dividentin ödəniləcəyini elan edib, CNewsyazır.   
http://mincom.gov.az

Xəbər 58 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

viagra in polen kaufen bank atm location near Maryland, MD kamagra 100mg levitra spanien