İKT Xəbərləri

“Sağlamlıq-2012” Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçirilib

Oktyabrın 20-də Bakı İdman Sarayında Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ilə əlaqədar keçirilən sayca 20-ci "Sağlamlıq 2012" Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçirilib.  
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov ölkəmizdə idmanın dinamik inkişafından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana qayğısından danışaraq yarış iştirakçılarına uğurlar arzulayıblar. Qeyd olunub ki, spartakiadanın məqsədi rabitəçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq, idmanın kütləviliyini təmin etməkdir.
Mərasimdə ötən il Qətərin Doha şəhərində keçirilən klublararası dünya çempionatının qalibi, bu il gümüş mükafatçısı olan qadınlardan ibarət "Rabitə" voleybol komandasının və 2012-ci il London Yay Olimpiadasında uğurla çıxış etmiş Azərbaycan idmançılarının, o cümlədən "Rabitəçi" klubunun boksçularının nailiyyətləri xüsusi qeyd olunub.  
http://mincom.gov.az

Xəbər 42 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

where can i buy cigarettes with credit card online viagra rezeptfrei online