İKT Xəbərləri

Region telekommunikasiya qovşaqlarının xidmət ərazilərində informasiya texnologiyalarının tətbiqi genişləndirilir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Çin Xalq Respublikasının Huawei Technologies Co. Ltd. şirkətinin baş direktoru Ren Çjenqfeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə RİTN-in müvafiq şöbələri ilə yanaşı, Aztelekom və Bakı Telefon Rabitəsi istehsalat birliklərinin nümayəndələri iştirak ediblər.       
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov qonaqları salamlayaraq Huawei Technologies Co. Ltd. şirkətinin son illər ölkəmizdə həyata keçirdiyi tədbirlərdən danışıb. Daha sonra qonaqlara tanışlıq üçün Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mövcud vəziyyət, statistik göstəricilər və inkişaf perspektivlərindən bəhs edən film nümayiş etdirilib.    
Onlara göstərilən qonaqpərvərliyə görə xüsusi minnətdarlıq bildirən Çin şirkətinin baş direktoru R.Çjenqfey RİTN-də keçirilən görüşün əhəmiyyətini yüksək qiymətləndirib, rəhbərlik etdiyi şirkətin Azərbaycandakı fəaliyyətinin hər iki tərəf üçün məhsuldar olacağını bildirib.
http://mincom.gov.az

Xəbər 55 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

levitra verschreibungspflichtig cialis vente tunisie