İKT Xəbərləri

ITU WORLD TELECOM 2012-də Azərbaycanın təşəbbüsü yüksək qiymətləndirilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ITU WORLD TELECOM 2012 beynəlxalq sərgi və konfransı keçirilib. 
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Həmadan Ture və Burkino-Faso Respublikasının Prezidenti Bleis Kompeao başda olmaqla ali qonaqlar Azərbaycan pavilyonuna gələrək ölkəmizdə həyata keçirilən layihələrlə yaxından tanış olublar, Azərbaycan stendini və burada nümayiş olunan informasiya-kommunikasiya texnologiyaları (İKT) məhsul və həllərini, eləcə də təşəbbüsləri yüksək qiymətləndiriblər.           
Tədbir çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi, Hindistan, İran və Misirin rabitə və informasiya texnologiyaları nazirləri, İT korporasiya və şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirib, habelə nazirlər toplantısında çıxış edərək Azərbaycanın İKT sahəsində əldə etdiyi uğurlar, qarşılıqlı əməkdaşlıq və gələcək perspektivlər haqqında danışıb.     
Daha sonra xarici qonaqların iştirakı ilə “Azərbaycan: Qara qızılı insan qızılına çevirək” mövzusunda təqdimat keçirilib, müxtəlif çıxışlar dinlənilib və suallar çavablandırılıb. 
Bundan əlavə, Kibertəhdidlərə Qarşı Beynəlxalq Çoxtərəfli Əməkdaşlıq Təşkilatının Beynəlxalq Məşvərət Şurasının növbəti iclası keçirilib və Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri bu quruma üzv qəbul edilib.
Qeyd edək ki, dünyanın 193 ölkəsindən 700-dən çox şirkət, elm və İKT sahəsini özündə birləşdirən ITU WORLD TELECOM 2012 sərgisi Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil edilib.  
http://mincom.gov.az

 

Xəbər 64 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

viagra super aktiv