İKT Xəbərləri

Intel-in rüblük mənfəəti 14 faiz azalıb

Intel korporasiyası sentyabrın 29-da başa çatmış üçüncü maliyyə rübündə görülən işlərə dair hesabat açıqlayıb.  
Üçaylıq müddət ərzində mədaxil 13,46 milyard dollar təşkil edib ki, bu da şirkətin 14,23 milyard dollar gəlir əldə etdiyi ötən ilki göstəricidən 5,5 faiz azdır.
Müştəri platformaları seqmenti 8,6 milyard dollara yaxın qazanc gətirib. Bu, 2011-ci ilin üçüncü rübü ilə müqayisədə 8 faiz aşağıdır. Məlumat emalı mərkəzləri üçün nəzərdə tutulan avadanlıqların satışından əldə olunan mədaxil 2,7 milyard dollar olub ki, bu da illik hesablamada 6 faiz çoxdur, rüblükdə isə 5 faiz azdır. Digər arxitektura həlləri seqmentində gəlir il ərzində 14 faiz azalaraq 1,2 milyard dollar olub. 
Korporasiyanın xalis mənfəəti 14 faiz azalaraq 2,97 milyard dollar təşkil edib, halbuki bir il əvvəl 3,47 milyard dollarlıq nəticə əldə edilmişdi. 
Maliyyə göstəricilərinin pisləşməsi qeyri-sabit iqtisadi vəziyyət, fərdi kompüterlərin satış həcminin aşağı düşməsi və korporativ dərəcəli avadanlıqlar üçün sifarişlərin sayının azalması ilə izah olunur,Kompulenta yazır. 
Cari rübdə Intel 13,1-14,1 milyard dollar mədaxil əldə edəcəyinə ümid edir. 
http://mincom.gov.az

 

Xəbər 80 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

kamagra in deutschland kaufen