İKT Xəbərləri

BTİ yenidən Azərbaycanı İKT-nin inkişafı üzrə ən sürətli inkişaf edən ölkələr sırasına daxil edib

Azərbaycan 2011-ci il üçün informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dünya reytinqində (ICT Development Index) il ərzində beş pillə irəliləyərək 73-cü yerdən 68-ci yerə yüksəlib.    
Reytinq Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı "İnformasiya cəmiyyətinin ölçülməsi" hesabatında dərc edilib. İKT-nin inkişafı indeksində 155 ölkə İKT-yə çıxış səviyyəsi, onların tətbiqi və bu sahədəki bilikləri üzrə sıralanır, eləcə də 2010-2011-ci illər üzrə göstəricilər müqayisə edilir.
Azərbaycan əvvəllər olduğu kimi yenidən 10 sürətli inkişaf edən ölkələr arasında yer alıb. Azərbaycanın indeksi 2011-ci il ərzində 4,39 bənd təşkil edərək 0,57 bənd artıb ki, bu da orta göstəricilərdən (0,21 bənd) 2,7 dəfədən çoxdur. İKT sektoru inkişaf etməkdə davam edir, yüksək artım tempi bütün sub-indekslər, xüsusilə genişzolaqlı və mobil internet istifadəçilərinin sayı üzrə müşahidə olunur, internet-istifadəçilərin sayı sürətlə artır, - hesabatda deyilir.
Hesabata əsasən, internet istifadəçilərinin sayına görə Azərbaycan MDB ölkələri arasında birinci yerdədir.
Həmçinin BTİ-nin sözügedən hesabatı ilə qiymətləndirilən İKT Qiymət Səbəti İndeksi (ICT Price Basket) üzrə ölkəmiz  52-ci yerdə qərarlaşmışdır.
BTİ-nin hesablama üsuluna əsasən, informasiya texnologiyaları yüksək səviyyədə inkişaf etmiş ölkə adına ikinci il ardıcıl olaraq Cənubi Koreya layiq görülüb. Sonrakı yerlərdə İsveç, Danimarka, İslandiya və Finlandiya kimi ölkələr qərarlaşıb. 
http://mincom.gov.az

 

Xəbər 51 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

cialis im internet bestellen wo kann ich cialis kaufen