İKT Xəbərləri

Dünyada 6 milyard mobil telefon istifadəçisi var

Apple şirkətinin kapitallaşması iPhone 5 smartfon modeli sentyabrın 21-də bir sıra ölkələrin mağazalarında satışa çıxarıldıqdan sonra təxminən 60 milyard dollar azalıb.
Hazırda şirkətin səhmlərinin qiyməti bir ədəd üçün 640,91 dollar təşkil edir ki, bu da yeni qurğunun bazara çıxarılmasına iki gün qalmış nail olunan yüksək qiymətlə müqayisədə 8,7 faiz azdır.
Məzənnənin aşağı düşməsi istehsalçı tərəfindən modelin arxa panelini alümindən düzəltmək qərarından sonra yeni smartfonlara yaranmış çatışmazlıqla əlaqədardır, CNews yazır.  
Qeyd edək ki, alümində cızıqlar digər materiallarla müqayisədə daha çox əmələ gəlir və bəzi hallarda alıcılar aparatın yığılması və qablaşdırılması zamanı cızıqlı yeni qurğu alırlar. Bununla əlaqədar Apple-ın tərəfdaşı olan Foxconn zavodlarında keyfiyyət tələbləri artırılıb.
http://mincom.gov.az

 

Xəbər 68 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

trustedtablets co uk kamagra kaufen