İKT Xəbərləri
HTC-in mədaxil və mənfəəti azalır
Tayvanın HTC şirkəti cari maliyyə ilinin üçüncü rübünün yekunları üzrə hesabat açıqlayıb.
Hesabata əsasən, üç ay ərzində şirkət təxminən 2,4 milyard gəlir əldə edib ki, bu da mədaxilin 4,6 milyard dollara bərabər olduğu ötən ilki göstəricidən 48 faiz azdır.
Xalis mənfəət 80 faiz azalaraq 133,2 milyon dollar təşkil etdiyi halda bir il əvvəl Tayvan istehsalçısı 635 milyon dollara yaxın qazanc əldə etmişdi.
Maliyyə göstəricilərinin pisləşməsi bəzən smartfon bazarında aparılan sərt rəqabətlə əlaqədar olur. HTC-yə bazarın aparıcı istehsalçıları - Samsung və Apple şirkətləri tərəfindən getdikcə güclənən təzyiq göstərilir, Kompulenta yazır.
Qeyd edək ki, bu ilin yazında HTC rəhbəri Piter Çou bildirmişdi ki, rəqabətə baxmayaraq şirkət orta və yüksək qiymət seqmentində smartfonların buraxılması üzrə seçilmiş strategiyanı dəyişməyəcək. Ucuz aparatların satışı hələ ki planlaşdırılmır. “Biz brendimizin imicinə xələl gətirmək istəmirik. Biz bundan sonra da keyfiyyətli məhsulların yaradılması üçün ən yaxşı materiallardan istifadə etmək niyyətindəyik. Əksər istehlakçılar üçün bu əhəmiyyət kəsb edir”, - HTC rəhbəri qeyd etmişdi.
http://mincom.gov.az
Xəbər 45 dəfə oxunub