İKT Xəbərləri
HP illik proqnozu azaldır və 2015-ci ilədək artım gözləmir
Dünyanın nəhəng kompüter və serverlər istehsalçısı Hewlett-Packard (HP) şirkəti gələn il gəlirlərin 10 faizdən çox azalacağını proqnozlaşdırır. Buna səbəb Meq Uitmenin başçılıq etdiyi şirkət rəhbərliyinin zəifləyən dünya iqtisadiyyatının HP-yə göstərdiyi təsirin qarşısını ala bilməməsindədir.
M.Uitmenin sözlərinə görə, bir il əvvəl o, bazarın tələb etdiyi tərzdə sürətlə inkişaf edə bilməyən şirkətə başçılıq etməyə başlayıb və bunun nəticəsində əməkdaşların sayını azaltmağa, bir neçə bölməni birləşdirməyə, WebOS istiqamətini birdəfəlik dayandırmağa və fəaliyyətin digər qeyri-profilli istiqamətlərindən imtina etmək məcburiyyətində qalıb. Lakin bu, hələ ki gözlənilən effekti vermir, çünki makroiqtisadi mühit çox əlverişsizdir və HP 2015-ci ilədək artımın bərpa ediləcəyini gözləmir.
“Bu, bizim əvvəlcədən gözlədiyimizdən də uzun proses olacaq”, - şirkət rəhbəri qeyd edib.
Yenilənən proqnoza əsasən, 2013-cü maliyyə ilində şirkətin mənfəəti bir səhm üçün 3,40-3,60 dollar arasında olacaq, halbuki əvvəlcədən bunun 4,06 dollar olacağı bildirilmişdi. 11-16 faizlik azalma qismən HP-nin strukturunu yeniləməklə bağlı xərcləri ilə əlaqədar olacaq. Növbəti ildə şirkətin mədaxili də azalacaq, lakin bu rəqəm hələlik açıqlanmır, Cybersecurity yazır.M.Uitmenin sözlərinə görə, hazırda HP-nin əsas problem servis bölməsi ilə bağlıdır, belə ki, burada mədaxilin cari maliyyə ilində 11-13 faiz azalacağı gözlənilir.
http://mincom.gov.az
Xəbər 62 dəfə oxunub