İKT Xəbərləri
Nokia xərcləri azaltmaq üçün mənzil-qərargahını satacaq
Nokia şirkəti xərclərin azaldılması proqramı çərçivəsində Finlandiyanın Baltik dənizi sahilində yerləşən Espoo şəhərindəki mənzil-qərargahını satmaq niyyətindədir.
İlkin qiymətləndirmələrə görə, şüşə və poladdan hazırlanan binanın satışından mobil telefonlar istehsalçısı 200-300 milyon avro qazana bilər. Daşınmaz əmlak üçün alıcının yaxın vaxtlarda tapılması planlaşdırılır.
Nokia baş ofisini Finlandiyadan kənara köçürmək və yeni bina icarələmək fikrində deyil. Çünki mənzil-qərargah satıldıqdan sonra şirkətin onu yeni sahibindən icarəyə götürəcəyi istisna edilmir, Lenta yazır.
Şirkət qeyri-profilli daşınmaz obyektlərin satışa çıxarılmasını özündə birləşdirən xərclərin azaldılması üzrə irimiqyaslı proqram barədə cari ilin iyulunda bəyan etmişdi. 2012-ci ildə dünyanın iri mobil telefon istehsalçısı adından məhrum olan Finlandiya istehsalçısı smartfonlarına tələbatın aşağı olmasına görə böhran dövrü yaşayır.
İyulun sonunda şirkət sentyabr ayından telefon istehsalı üzrə Finlandiyadakı yeganə zavodunu bağlayacağını açıqlamışdı, bundan əvvəl isə Almaniya və Kanadada yerləşən tədqiqat mərkəzlərinin işini dayandırmışdı. Bundan başqa, istehsalçı əməkdaşların sayını xeyli azaltmağı nəzərdə tutur.
http://mincom.gov.az
Xəbər 51 dəfə oxunub