İKT Xəbərləri

Rabitə və informasiya texnologiyaları naziri Koreyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

 

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Çoi Suk-İnlə görüşüb. Görüşdə 2005-ci ildən indiyədək informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində Koreya-Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunulub, 2006-2007-ci illərdə ölkələrin müvafiq nazirlikləri arasında İKT sahəsi üzrə imzalanmış Anlaşma Memorandumunun istiqamətləri müzakirə edilib.     
Eyni zamanda, Koreyanın Daewoo Telecom şirkətinin Naxçıvan Muxtar Respublikasında quraşdırdığı telekommunikasiya avadanlıqlarının ödənişi ilə bağlı məsələnin uğurla həll olunduğu vurğulanıb. Daha sonra poçt sahəsində Azərbaycan-Koreya əməkdaşlığı, Koreya İxrac-İdxal Bankının Azərbaycanda "Elektron hökumət"in tətbiqi ilə bağlı təklif etdiyi maliyyə vəsaiti, həmçinin Koreyanın ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin təhsil alması ilə bağlı məsələ müzakirə edilib. 
      
Nazir Əli Abbasov Koreya universitetlərində azərbaycanlı tələbələrin təhsillərini davam etdirməsi, o cümlədən İKT sahəsi üzrə mütəxəssislərin yetişdirilməsi və bu sahə üzrə biliklərinin artırılmasına Koreya hökuməti tərəfindən imkan yaradılmasını yüksək dəyərləndirib. Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı elan edilmiş tenderə diqqət çəkən nazir tenderə Koreya şirkətinin maraq göstərdiyini də vurğulayıb.  
Azərbaycanda genişzolaqlı internet xidmətlərinin tətbiqi istiqamətində həyata keçirilən layihələrdə koreyalı şirkətlərin də iştirakını məqsədəuyğun hesab edən Əli Abbasov BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə noyabrda Bakıda keçiriləcək VII İnternet İdarəçilik Forumu (İİF), eləcə də Bakutel sərgi-konfransında Koreya nümayəndə heyətinin təmsil olunmasını tövsiyə edib.   
http://mincom.gov.az

 Xəbər 46 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

cialis 20mg preisvergleich