İKT Xəbərləri
RİTN müəllimlər üçün kompüter kursları təşkil edib
Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 - 2012-ci illər üçün Dövlət Proqramı”na (Elektron Azərbaycan)” uyğun olaraq regionlarda rəqəmsal geriliyin aradan qaldırılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə yerli mütəxəssislər tərəfindən Balakən rayonunun orta ümumtəhsil məktəblərinin 100 nəfər müxtəlif fənn müəllimləri üçün kompüter kursları təşkil olunub. Tədris kursları yay tətili müddətində (iyul-avqust 2012-ci il) Balakən rayonunun Humanitar və Texniki Təmayüllü Liseyində və Balakən rayon Katex orta məktəbində xüsusi proqram əsasında aparılıb.
Kursda iştirak edən müəllimlər tədris proqramı əsasında kompüterin aparat və proqram təminatı, Windows, Word, XP, Excel, Power Point proqramları, internet və elektron poçtu haqqında geniş nəzəri və praktiki biliklərə yiyələniblər.
Kursun yekununda test keçirilərək müəllimlərə bilik səviyyələrinə uyğun dərəcələr üzrə sertifikatlar verilib.
http://mincom.gov.az
Xəbər 37 dəfə oxunub