İKT Xəbərləri

Rabitə və informasiya texnologiyaları nazirinin müavini 6-cı Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisində iştirak edib

 

 

Sentyabrın 20-də Təhsil Nazirliyinin dəstəyi, “İteca Caspian LLC” və onun tərəfdaşı “ITE Group plc” şirkətlərinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 6-cı Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi açılıb. Sərgidə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də iştirak edib. 
Müvafiq qurumların, ayrı-ayrı ölkələrin Azərbaycandakı diplomatik korpusu nümayəndələrinin, gənclərin iştirak etdikləri açılış mərasimində təhsil naziri Misir Mərdanov sərginin  əhəmiyyətindən danışıb, onun iştirakçılarının sayının ilbəil artdığını vurğulayıb. Müasir dünyada təhsilin önəmli rolundan bəhs edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, “İteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov Azərbaycanda bu sahəyə xüsusi əhəmiyyət verildiyini vurğulayıblar. Respublikamızın dinamik inkişaf etdiyini xatırladan natiqlər, eyni zamanda, azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində də uğurla təhsil aldıqlarını diqqətə çatdırıb, gənclərə tövsiyələrini veriblər.  
Qeyd edək ki, bu il sərgidə ən müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edən 96 təhsil müəssisəsi iştirak edir. Sərgidə dünyanın 20 ölkəsinin, o cümlədən Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Koreya Respublikası, Litva, Malayziya, Ukrayna, İsveçrə, Çexiyanın ayrı-ayrı ali təhsil müəssisələri barədə məlumatlar verilir. Azərbaycanda təhsil isə paytaxt və regionların dövlət və özəl ali təhsil müəssisələri tərəfindən təqdim edilir.
http://mincom.gov.az

 Xəbər 50 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

how to buy cigarettes cheap levitra canada