İKT Xəbərləri
"ASAN xidmət" mərkəzlərinin yaradılması üçün pilot layihənin həyata keçirilməsinə maliyyə vəsaiti ayrılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədilə pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı pilot layihənin həyata keçirilməsi məqsədi ilə ilkin olaraq 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Sərəncamın mətnini AzərTac yayıb.
http://mincom.gov.az
Xəbər 133 dəfə oxunub