İKT Xəbərləri
Azərbaycan Prezidenti: XXI əsr yüksək texnologiyalar əsridir
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də “Bilik Günü”ndə Bakının Yasamal rayonunda yenidənqurmadan sonra 18 nömrəli məktəbin açılışında iştirak edib.
Prezident nitqində uşaqları “Bilik Günü” münasibətilə təbrik edərkən müasir texnologiyalara toxunaraq deyib: “Uşaqlarımız bilikli, savadlı olmalıdır. Çünki müasir dünyada hər bir insanın və hər bir ölkənin uğurunu şərtləndirən biliyin səviyyəsidir. İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir. Çünki müasir texnologiyalar elə inkişaf edibdir ki, bəlkə də on il, iyirmi il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi.
Biz də inkişaf yolunu seçmişik. Biz bütün sahələrdə inkişafdayıq, o cümlədən texnologiyalar sahəsində də inkişafda olmalıyıq”.
Biz də inkişaf yolunu seçmişik. Biz bütün sahələrdə inkişafdayıq, o cümlədən texnologiyalar sahəsində də inkişafda olmalıyıq”.
http://mincom.gov.az