İKT Xəbərləri

Televiziya bazarının həcmi azalmaqda davam edir

 

 

NPD DisplaySearch tədqiqat şirkəti dünya televiziya bazarının ikinci rübdə ardıcıl olaraq azalmaqda davam etdiyini bildirib. Şirkətin məlumatına əsasən, ikinci rübdə dünya bazarında 51,6 milyon yeni televizor satılıb ki, bu da ötən ilin analoji dövründən 8 faiz azdır.  
Maye-kristal (LCD) televizorlar bir il əvvəl olduğu kimi, 85,5 faizə (44,1 milyon ədəd) sahib olmaqla bazarda birinci yeri qoruyub saxlayıb. CRT modellərin (Cathode Ray Tube) bazarda payı 8,4 faiz və ya 4,3 milyon ədədə təşkil edib. Üçüncü yeri gözlənildiyi kimi plazma modellər (6,1 faiz və 3,2 milyon ədəd) tutub.  

NPD DisplaySearch nümayəndələri bildirirlər ki, hazırda televizor bazarı dünyada iqtisadi vəziyyətin pisləşməsi, qiymətlərin enməsi prosesinin yubanması, televizorlar üçün 3D formatlı kontentin çatışmaması kimi səbəblərdən azalır. Başlıca mənfi amil isə istehlakçıları yeni model almağa hazırlaşan zaman bu barədə iki dəfə fikirləşməyə məcbur edən əlverişsiz bazar şəraitdir, Cybersecurity yazır. 

Son bir neçə rüb ərzində televizor bazarı artıq əvvəllər məhsul tədarükünə təsir göstərən konkret problemlərlə üzləşməyə başlayıb. Belə ki, ötən ilin ikinci rübündə maye-kristal televizorların tədarükü 3 faiz azalaraq 43,1 milyon ədəd olmuşdu. Həm də bu sahədə azalma bazar həcminin daima aşağı düşməyə başladığı son bir neçə il ərzində ilk dəfə qeydə alınmışdı.  

http://mincom.gov.az

 Xəbər 61 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

tobacco online shop wo cialis bestellen