İKT Xəbərləri
Bu il İT-xərclər 6 faiz artacaq
IDC analitik şirkəti 2012-ci ildə dünya üzrə informasiya texnologiyaları xərclərinin 6 faiz artaraq təxminən 2 trilyon dollar təşkil edəcəyini proqnozlaşdırır.
Telekommunikasiya servislərinə çəkilən xərclər nəzərə alınmaqla dünya bazarının həcmi 3,6 trilyon dollara çata bilər ki, bu da 2011-ci illə müqayisədə 5 faizlik artıma bərabər olacaq.
Analitiklər qeyd edirlər ki, fərdi kompüter, server və ona aid avadanlıqlar bazarında azalma mobil qurğular, məlumat saxlancı sistemləri, proqram təminatı və korporativ dərəcəli şəbəkə avadanlıqları sayəsində kompensasiya edilir.
IDC-nin proqnozlarına əsasən, İT-xərclər Rusiyada 11, Hindistan və Braziliyada 14, Cənubi Afrikada 8 faiz təşkil edəcək.
2013-cü ildə informasiya texnologiyaları üzrə xərclər daha 6 faiz artaraq 2,1 trilyon dollara yaxınlaşacaq. Telekommunikasiya servisləri xərcləri nəzərə alınmaqla 5 faizlik – 3,8 trilyon dollaradək artım proqnozlaşdırılır, Kompulenta yazır.
Xəbər 60 dəfə oxunub