İKT Xəbərləri

Çin Azərbaycanın kosmik layihələrində iştirakda maraqlıdır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Çinin Kosmik Texnologiya Akademiyasının və “Böyük Səd” sənaye korporasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Çinlə Azərbaycan arasında qurulan əməkdaşlıq yüksək səviyyədə davam etməkdədir. İki ölkə arasında telekommunikasiya sahəsində münasibətlərin daha da inkişaf etdiyini vurğulayan nazir müavini deyib ki, kosmik sənaye üzrə əməkdaşlıq əlaqələri yeni yaranır.
Azərbaycanın kosmik peykinin yaxın zamanlarda orbitə çıxarılacağını vurğulayan İltimas Məmmədov Azərbaycanın bu sahə üzrə gördüyü işlərdən danışaraq gələcək kosmik layihələr haqqında qonaqları məlumatlandırıb: «Biz hesab edirik ki, Çinlə kosmik sahə üzrə əməkdaşlığın daha da genişləndirilməsi hər iki ölkəyə xeyir verə bilər».
«Böyük Səd» sənaye korporasiyasının vitse-prezidenti Qau Ruofey bildirib ki, Azərbaycana üçüncü dəfədir gəlir və hər gəlişində Bakının sürətlə inkişaf etdiyinin şahidi olur. O deyib ki, Azərbaycan regionun lider ölkəsi olduğundan Çin həm telekommunikasiya, həm də kosmik sahə üzrə əməkdaşlıq etmək niyyətindədir: «Hər iki sahə üzrə əməkdaşlıq region üçün də böyük fayda verə bilər». Çinin Kosmik Texnologiya Akademiyasının həyata keçirdiyi layihələrdən danışan Qau Ruofey ən son proqramlarının Türkiyə ilə bağlı olduğunu önə çəkib: «Biz bu ilin sonlarına qədər Türkiyənin Turkcell şirkəti üçün kosmik fəzaya peyk çıxarmağı planlaşdırırıq».
Son zamanlar ölkəsinin kosmik sahə üzrə böyük nailiyyətlər əldə etdiyini deyən qonaq Çin şirkətlərinin Azərbaycanla sözügedən sahə üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib: «Biz Azərkosmos-un bundan sonra elan edəcəyi tenderlərdə iştirak etmək istəyirik. İstərdik ki, siz də bizim Çində həyata keçirdiyimiz işlərlə tanış olasınız».
Öz növbəsində İltimas Məmmədov Azərbaycanın bir peyklə kifayətlənməyəcəyini və gələcəkdə bu istiqamətdə layihələrin həyata keçiriləcəyini deyərək əlavə edib ki, elan olunacaq tenderlərdə Çinin də öz təklifləri ilə iştirak etməsi faydalı ola bilər.
 http://mincom.gov.az

 Xəbər 64 dəfə oxunub

branded cigarettes and price kamagra kosten what shops in uk sell viagra generisches viagra kaufen