İKT Xəbərləri
Samsung-un səhmlərinin dəyəri Apple-ın yeni tələbləri fonunda azalır
Cənubi Koreyanın Samsung Electronics şirkətinin səhmlərinin dəyəri Seulda keçirilən yeni hərrac həftəsində 1,5 faizdən çox aşağı düşüb. Bu, ötən həftənin cümə günü Apple korporasiyası tərəfindən ABŞ ərazisində Koreya istehsalçısına məxsus qurğuların satışının qadağan edilməsinə dair siyahını genişləndirməyi tələb etdikdən sonra baş verib. ABŞ istehsalçısının yeni tələblərinə Galaxy Note və Galaxy S III qurğuları daxildir.
Bu gün tezdən Samsung-un səhmlərinin qiyməti Seulda keçirilən hərracda 1,5 faiz azalaraq 1,216 milyon Koreya vonu təşkil edib ki, bu da avqustun 27-də ABŞ məhkəməsi Samsung-u iPhone modelinin üzünün köçürülməsində təqsirli bilməsi barəsi ilə bağlı qəbul etdiyi qərardan sonra ən böyük azalma olub. Apple-ın əvvəlki iddialarında Koreya şirkətinin yalnız köhnə qurğuları yer almışdı, lakin məhkəmə tərəfindən müsbət qərarın qəbul edildiyini görən ABŞ istehsalçısı iddiaya Samsung üçün ABŞ bazarında strateji əhəmiyyət kəsb edən yeni modelləri də daxil etmək qərarına gəlib, Cybersecurity yazır.
Apple qadağa ilə yanaşı Samsung-u 1,05 milyard dollar məbləğində cərimə etməyə də nail olub. Samsung-un rəsmi bəyanatında deyilir ki, şirkət ABŞ bazarında məhsullarının satışını qoruyub saxlamaq üçün bütün lazımi hüquqi addımları atır.
oxunub