İKT Xəbərləri

Nazir TeliaSonera şirkətlər qrupunun prezidenti ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azercell mobil operatorunun da daxil olduğu TeliaSonera şirkətlər qrupunun prezidenti Lars Nuberqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüşdə nazir Əli Abbasov qonaqlara Azərbaycanda İKT sektorunda həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verib.
Azərbaycanda genişzolaqlı internetin inkişafı üçün 350 milyon dollar vəsait ayrılmasının nəzərdə tutulduğunu qeyd edən nazir bildirib ki, bu, ölkə əhalisinin 4G texnologiyaları ilə təmin olunmasında mobil operatorların fəaliyyətini daha da genişləndirəcək. 
Şərqlə Qərb arasında informasiya körpüsü təşəbbüsünü ələ alan Azərbaycanda regional İT layihələrinin miqyasının artırılmasının qarşıya məqsəd qoyulduğunu bildirən nazir bu istiqamətdə həm regional infrastruktura, həm də regional informasiya xidmətlərinə investisiya qoyuluşunun nəzərdə tutulduğunu diqqətə çatdırıb. 
"Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə cari ilin mart ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu növbəti ilin yanvar ayından etibarən böyük layihələr üçün vəsait ayrılmasına başlayacaq. Yaxın zamanlarda İKT xidmətləri göstərən şirkətlər üçün vergi və gömrük sahəsində Nazirlər Kabinetinin xüsusi güzəştlər təmin etməsi nəzərdə tutulur"- deyə Ə.Abbasov qeyd edib. 
Bunlarla yanaşı, TeliaSonera-nın Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirən nazir bu şirkətlər qrupuna daxil olan Azercell Telekom MMC-nin son illər uğurlarının artmasını və bu nailiyyətlərin ölkə iqtisadiyyatında da xüsusi payı olduğunu vurğulayıb. 
Səmimi qarşılanma üçün minnətdarlığını bildirən Lars Nuberq mobil operatorlar arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin töhfə verəcəyinə əminliyini qeyd edib.
Azərbaycandakı uzunmüddətli fəaliyyətlərinə də toxunan TeliaSonera şirkətlər qrupunun prezidenti ölkəmizin son dövrlərdə dünya səviyyəsində uğurlara imza atdığını, xüsusilə də Eurovision-2012 mahni müsabiqəsinin bütün dünyaya uğurla nümayiş etdirildiyini vurğulayıb. Lars Nuberq həmçinin Azərbaycanın 4G texnologiyasının tətbiqi üzrə regionda ilk ölkə olmasını da təqdirəlayiq hal kimi xarakterizə edib.   
4G texnologiyaları ilə əlaqədar Azərbaycanda mobil internetə tələbatın çox sürətlə artdığını deyən nazir Əli Abbasov Azercell Telekom MMC-nin qarşısına qoyulan tələblərin öhdəsindən uğurla gəldiyini vurğulayıb. Növbəti ildə mobil internetə olan tələbatın daha da yüksələcəyini nəzərə alaraq, nazir əsas mobil operatorlardan biri kimi Azercell-in bu istiqamətdə səylərinin bir qədər də artırılmasını vacib sayıb.
Sonda bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək İnternet İdarəçiliyi Forumu barədə də nümayəndə heyətinə məlumat verilib. TeliaSonera şirkətlər qrupunun prezidenti xüsusi qonaq qismində foruma və BakuTel sərgi-konfransına dəvət olunub.
 http://mincom.gov.az

 Xəbər 41 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

how to get a free pack of cigarettes cialis pharmacie viagra ohne rezept usa