İKT Xəbərləri
Samsung Galaxy Note smartfonunun yeni modelini nümayiş etdirib
Koreyanın Samsung şirkəti avqustun 29-da Berlində keçirilən IFA beynəlxalq məişət elektronikası sərgisi çərçivəsində Galaxy Note II smartfonunu təqdim edib.
Yeni Galaxy Note əvvəlki modellə müqayisədə bir qədər nazik və uzadılmış olmaqla 1300 milliamper/saatlıq daha böyük tutumlu akkumulyatora malikdir. Smartfonda 5,5 düym diaqonallı və 1280x720 meqapiksel təsvir ölçülü Super HD AMOLED ekrandan istifadə olunur. Bundan başqa, aparat 3G və LTE şəbəkələrinə də qoşula bilir.
Koreya istehsalçısının yeni modeli S Pen stilusu (elektron qələm) ilə tədarük edilir, lakin qələmin imkanları əvvəlki modellərə nisbətən daha genişdir. Belə ki, istifadəçi stilusun ucunu ekrana toxundurmamaqla və onu bir neçə millimetr məsafədə saxlamaqla bəzi işlər görə bilər.
Galaxy Note II istifadəçiyə bir neçə vəzifəni eyni vaxtda yerinə yetirməyə imkan verir. Məsələn, brauzerdə saytı açaraq videoya baxmaq, yaxud da telefonla danışan zaman qeydlər aparmaq.
Qurğuda 1,6 giqahers takt tezlikli dördnüvəli prosessordan istifadə olunur. Samsung-un bazarın ən güclü smartfonu adlandırdığı aparatın operativ yaddaş həcmi 2 giqabayt təşkil edir. Galaxy Note II Android 4.1 əməliyyat sisteminin (sonuncu versiya) idarəetməsi ilə işləyir.
Qurğu satışa 2012-ci ilin oktyabrında çıxarılacaq və onu dünyanın 128 ölkəsində almaq mümkün olacaq,Lenta yazır.
Xəbər 45 dəfə oxunub