İKT Xəbərləri

Apple-ın səhmləri tarixi maksimum həddini yeniləyib

Apple şirkətinin səhmlərinin dəyəri məhkəmənin Samsung ilə patent mübahisəsinə dair qərarından sonra tarixi maksimum həddini yeniləyib.    
Hərracların başlanğıcında Apple-ın səhmlərinin dəyəri 1,8 faiz artıb və hazırda səhmdarlar tərəfindən şirkətə məxsus bir səhmin qiyməti təxminən 675,13 dollar qiymətləndirilir. Beləliklə, dünyanın nəhəng şirkətinin dəyəri 633 milyard dollar təşkil edir.    
ABŞ istehsalçısının əvvəlki tarixi maksimum həddi bir səhm üçün 674 dollar olub. Bu həddə avqustun 21-də keçirilən hərracların başlanğıcında nail olunmuşdu. İyul ərzində Apple-ın qiymətli kağızlarının qiyməti 600 dollardan yuxarı olub, Lenta yazır.
Qeyd edək ki, avqustun 24-də Samsung şirkəti və Apple arasında patent mübahisəsini araşdıran Kaliforniya ştatının San-Hose Məhkəməsi ABŞ istehsalçısının xeyrinə qərar çıxarıb. Məhkəmə Samsung tərəfindən Apple-ın iPhone və iPad modellərini yaradan zaman istifadə etdiyi texnologiyanın qeyri-qanuni üzünün köçürülməsi və Cənubi Koreya şirkətinin qarşı tərəfə 1,05 milyard dollar məbləğində kompensasiya ödəməsi barədə qərar çıxarıb.     
Bunun nəticəsi olaraq avqustun 27-də Seul birjasında keçirilən hərracların ilk saatında Samsung-un səhmlərinin dəyəri 7,7 faiz aşağı düşüb.     
 http://mincom.gov.az

 Xəbər 44 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

purchase carton of cigarettes