İKT Xəbərləri

Rabitə və informasiya texnologiyaları naziri kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa dəvət olunub

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemlə görüşüb.  
Ölkəmizdəki diplomatik missiyasını başa vuran səfir Azərbaycan və İsrail arasında informasiya texnologiyaları sahəsində mövcud əlaqələri yüksək qiymətləndirərək əlaqələrin intensivləşdirilməsi istiqamətində səylərin artırılacağına əminliyini vurğulayıb.
Səfir Mixael Lavon-Lotem nazir Əli Abbasovun cari ilin noyabrında İsraildə keçiriləcək kibertəhlükəsizlik üzrə beynəlxalq konfrans və sərgiyə dəvət olunduğunu bildirib. Öz növbəsində Əli Abbasov iki ölkə arasında İKT sahəsində əlaqələrin inkişafını yüksək qiymətləndirərək İsrail şirkətlərinin bu sektora yatırdıqları sərmayələrin iqtisadiyyatın inkişafında vacib rol oynayacağını bildirib.      
İsrailin Yaxın Şərqdə və ümumiyyətlə regionda İKT sahəsində aparıcı ölkə olduğunu vurğulayan nazir israilli həmkarını cari ilin noyabrında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumuna, həmçinin BakuTel sərgi-konfransına dəvət edib.      

http://mincom.gov.az

 Xəbər 51 dəfə oxunub