İKT Xəbərləri
Facebook şirkətinə Instagram-ı almağa icazə verilib
ABŞ Federal Ticarət Komissiyası Facebook sosial şəbəkəsi tərəfindən Instagram şirkətinin alınmasına dair sövdələşməni bəyənərək sazişin həyata keçirilməsinə mane olmayacağını bəyan edib. Bununla da dünyanın iri sosial şəbəkəsi populyar fotoservisin alınmasına bir addım yaxınlaşıb.
Xatırladaq ki, cari ilin aprelində, səhmlərin buraxılmasına bir ay qalmış Facebook Instagram-ı 1 milyard dollara alacağını elan edib.
Bu təklif 300 milyon dollar üstəgəl Facebook-a məxsus 23 milyon səhmi nəzərdə tutur. Lakin sosial şəbəkənin səhmlərinin qiymətinin aşağı düşməsi ilə hazırda 747 milyon dollar qiymətləndirilən sövdələşmənin dəyəri də azalıb, BBC yazır.
2010-cu ildə fəaliyyətə başlayan Instagram 50 milyondan çox istifadəçini cəlb edə bilib. Bundan əlavə bu yaxınlarda keçirilən araşdırmalar nəticəsində dünyanın məşhur brendlərinin təxminən yarısının marketinq strategiyalarında Instagram-dan istifadə etdikləri məlum olub.
Facebook birjaya çıxandan səhmdarların gözündən bir qədər düşüb. Şirkət Federal Ticarət Komissiyasının qərarından razı olduğunu bildirsə də, sövdələşməni nə vaxt tamamlayacağı barədə məlumat verməyib. Əvvəllər sosial şəbəkə sövdələşməni 2012-ci ilinin sonunadək bağlamağı planlaşdırmışdı.
http://mincom.gov.az
Xəbər 47 dəfə oxunub