İKT Xəbərləri
Samsung 10 düymlü Galaxy Note-u satışa çıxarıb
Avqustun 15-də Koreyanın Samsung şirkəti xüsusi S Pen stilusu (elektron qələm) ilə təchiz edilən Galaxy Note 10.1 planşet kompüterini satışa çıxarıb.
Çərşənbə günü planşet ABŞ-da satışa çıxarılıb və qurğunun 16 giqabaytlıq quraşdırılmış yaddaşla qiyməti 500 dollar, 32 giqabaytla 550 dollar təşkil edir.
Galaxy Note 10,1 düym diaqonallı ekranla, dördnüvəli prosessorla və iki giqabaytlıq operativ yaddaşla təchiz olunub. Aparat Android əməliyyat sisteminin sonuncu versiyası ilə tədarük ediləcək, Lenta yazır.
Samsung planşetdə Yaponiyanın Wacom qrafik planşetlər istehsalçısının texnologiyasını quraşdırıb. Texnologiya ekranda stilusun basılma gücünə reaksiya verən xüsusi təbəqə yaratmağa imkan verir. İstehsalçılar S Pen-i yeni qurğunun “ürəyi və qəlbi” adlandırırlar.
Planşetin buraxılışı ərəfəsində Koreya istehsalçısı Adobe şirkəti ilə birlikdə stilusu dəstəkləyən Photoshop qrafik redaktorunun pulsuz versiyasını işləyib hazırlayıb. Əlavənin adi versiyasının qiyməti Google Play-də 10 dollar təşkil edir.
http://mincom.gov.az
Xəbər 62 dəfə oxunub