İKT Xəbərləri

Ekspertlər Facebook-un səhmlərinin satılmasına başlamasından ehtiyat edirlər

Sabah IPO (səhmlərin ilkin yerləşdirilməsi) keçirilən zaman Facebook sosial şəbəkəsinin alınmış qiymətli kağızlarının satışına qoyulan qadağanın müddəti başa çatır. Avqustun 16-da 271 milyon səhmin satış qadağası ləğv ediləcək ki, bu da şirkətin nizamnamə kapitalının 12,6 faizini təşkil edir. Bəzi ekspertlərin fikrincə, sərmayədarlar birjada dəyərini xeyli itirmiş səhmləri satmağa başlaya bilərlər.  
Qadağanın ləğv olunduğu iri  səhmdarlar arasında Accel Partners (nizamnamə kapitalının 6,7 faizi), DST Global (3,9%), Şon Parker (3,2%), Mail.ru Group (2,3%), Goldman Sachs (1,9%) və Piter Til (1,3%) yer alıb,Onliner yazır.
Yeri gəlmişkən qeyd edək ki, Accel şirkəti 2005-ci ildə Facebook-a 100 milyon dollar məbləğində qiymətləndirmə ilə 12,7 milyon dollar sərmayə yatırmaqla bu yaxınlarda keçirilən IPO zamanı artıq 1,9 milyard dollar məbləğində səhm satıb.  
Sərmayədar P.Til 2004-cü ildə sosial şəbəkəyə 500 min dollar yatırıb, IPO zamanı isə 640 milyon dollar dəyərində qiymətli kağız satıb.
Facebook-un qiymətli kağızlarının kotirovkalarının daim azalması nəzərə alan sərmayədarlar onlara məxsus səhmlər paketini sata bilərlər. Belə ki, bir neçə gün əvvəl P.Til ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasına məlumat verərək sosial şəbəkənin onda qalan səhmlərinin bir hissəsini B dərəcəsindən A dərəcəsinə köçürdüyünü bildirib. Bu isə səhmdara onları birjada satmağa imkan verir.

http://mincom.gov.az

 Xəbər 56 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

viagra rezeptfrei schweiz paris cialis how do you buy viagra in the uk