İKT Xəbərləri
Nokia 500 patentini Vringo şirkətinə satıb
Finlandiyanın Nokia şirkəti aktivlərini satmaqda davam edərək maliyyə vəziyyətini yaxşılaşdırmağa və diqqətini özü üçün daha mühüm olan istiqamətlərə - Windows Phone smartfonlarına və Series 40 bazasında ucuz telefonlara yönəltməyə ümid edir. Avqustun 9-da müxtəlif mobil texnologiyaların işlənib hazırlanmasında ixtisaslaşan ABŞ-ın Vringo şirkəti Nokia-ya məxsus 500 patenti almasını açıqlayıb.
Patentlərin kommunikasiyaların idarə olunması, siqnalın ötürülməsi və mobil rabitə infrastrukturu texnologiyaları ilə əlaqədar olması barədə məlumat verilir. Alqı-satqının dəyəri ictimaiyyətə bildirilmir, Cybersecuritysaytı yazır.
Vringo nümayəndələri alınan patentlərin 2G, 2.5G, 3G və 4G şəbəkələrinə, eləcə də GSM, WCDMA, T63, T64, DECT, IETF, LTE, SAE və OMA texnologiyalarına aid olduğunu qeyd edirlər.
http://mincom.gov.az
Xəbər 45 dəfə oxunub