İKT Xəbərləri

Lenovo Windows 8 ilə işləyən ThinkPad Tablet 2 planşetini rəsmən təqim edib

Lenovo şirkəti Intel Atom prosessorunun bazası əsasında hazırlanan ThinkPad Tablet 2 planşet kompüteri rəsmən təqim edib. Yeni qurğu əvvəlki nəsillərindən fərqli olaraq Android əməliyyat sisteminin deyil, Windows 8 əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.  Aparatın satışa cari ilin oktyabrında çıxarılacağı bildirilsə də, onun qiyməti barədə məlumat verilmir.     
ThinkPad Tablet 2 planşetinin sensor IPS-ekranı 10,1 düym diaqonala və 1366×768 meqapiksel təsvir ölçüsünə malikdir, eləcə də 8 meqapikselli əsas və 2 meqapikselli ön kamera, USB çıxış, microSD yaddaş kartları üçün slot, Wi-Fi, Bluetooth və NFC dəstəyi ilə təchiz olunub. Bundan başqa, aparat dəstinə qurğunun korpusunda saxlanılan qələm də daxildir. İstehsalçının sözlərinə görə, planşetin avtonom rejimli iş vaxtı 10 saatadək təşkil edəcək. Son məlumatlara görə, qurğunun qalınlığı 9,8 mm, çəkisi 585 qrama yaxın olacaq, Onlineryazır.
Opsiya qismində gələcək alıcılara 3 USB port, HDMI və şəbəkə çıxışlarına, eləcə də 3G və LTE moduluna malik klaviatura və dok-stansiya təklif olunacaq.

http://mincom.gov.az

 Xəbər 48 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

online cigarttes viagra 50mg preisvergleich viagra online kauf