İKT Xəbərləri
HTC Galaxy Note modelinin rəqibini hazırlayır
HTC şirkəti Samsung Galaxy Note smartfonunun rəqibi olacaq yeni qabaqcıl qurğu hazırlayır. Yeni məhsulun cari ilin sentyabr-oktyabr aylarında satışa çıxarılacağı gözlənilir.
Tayvan istehsalçısının qurğusu standart smartfonlarla müqayisədə böyük ekranı ilə seçiləcək. Aparatın diaqonalı 5 düymə bərabər olacaq, təsvir ölçüsü isə 1794x1080 piksel təşkil edəcək, Lenta yazır.
Qeyd edək ki, Galaxy Note modelinin birinci versiyası 2011-ci il sentyabrın 1-də nümayiş olunub. Aparatın böyük ekrana malik olması səbəbindən model smartfon və planşet kompüter arasında olan qurğu hesab edilir. 2012-ci il iyunun 1-nə Samsung bütün dünyada 7 milyondan çox Galaxy Note satıb.
Bundan başqa, Samsung şirkəti avqustun 29-da keçiriləcək tədbirdə Galaxy Note smartfonunun yeni versiyasını təqdim edəcək. Şirkət qurğunun texniki xüsusiyyətlərini vaxtından əvvəl açıqlamasa da, onun diaqonalının 5,5 düym olacağı güman edilir. Bu, birinci Note modelinin ekranından 0,2 düym çoxdur. Displeyin elastik olacağı da istisna edilmir, bu isə aparatın üst səthinin zərbələrə davamlı olmasına imkan verəcək.
http://mincom.gov.az
Xəbər 45 dəfə oxunub