İKT Xəbərləri

İnformasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyət stimullaşdırılacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nəzdində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyəti stimullaşdıracaq.
Bu sahədə innovasiyaların tətbiqini, eləcə də tətbiqi elmi-tədqiqat işlərini genişləndirəcək. İnformasiya texnologiyaları sahəsində istehsal yönümlü fəaliyyətin dəstəklənməsini, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərə təkan verilməsini üzərinə götürən fond Azərbaycanda bu sahədə fəaliyyət göstərən təşkilatlara maliyyə dəstəyi göstərəcək.
Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Nazir müavini bildirib ki, İTİDF respublikada İKT sənayesinin gücləndirilməsinə və ölkədə ixrac yönümlü istehsalın formalaşmasına yardım edəcək: "Məqsəd Azərbaycanı iqtisadi baxımdan qüdrətli ölkələrdən birinə çevirməkdir. Ölkədə aparılan fəaliyyət informasiya-kommunikasiya texnologiyaları sektorunun daha geniş formalaşmasına, regional tələbatın ödənilməklə, qlobal bazarda rəqabətə davamlı məhsul istehsalı və xidmətlərin göstərilməsini təmin etməyə yönəldilib. Məhz bu halda İKT sahəsinin gəlirləri bir qədər də artıb ölkə iqtisadiyyatına öz töhfəsini verəcək".
E.Vəlizadə "elektron imza"nın verilməsi prosesinə də toxunub. O bildirib ki, "Elektron Hökumət" Dövlət İnformasiya Sisteminə (EHDİS) artıq 30 dövlət qurumu qoşulub və bu qurumlar tərəfindən göstərilən elektron xidmətlərin sayı 124-dür. Hazırda digər dövlət qurumlarının EHDİS-ə qoşulması üzərində işlər aparılır.
"E-imza"nın verilməsi prosesinin xeyli aktivləşdiyini bildirən nazir müavininin sözlərinə görə, bu günə qədər RİTN-in Məlumat Hesablama Mərkəzi tərəfindən 40-dan artıq təşkilata iki mindən çox e-imza verilib və bu da öz növbəsində "Elektron hökumət" portalından istifadəni asanlaşdırır. "Elektron imza"nın tətbiqi ilə ölkədə elektron xidmətlərdən istifadənin daha da genişlənəcəyini deyən E.Vəlizadə bununla bürokratik əngəllərin də aradan qalxacağını söyləyib.

http://mincom.gov.az

 Xəbər 99 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

online cigarettes from switzerland sildenafil compuesto uk 92 480