İKT Xəbərləri
Yeni Galaxy Note smartfonunun təqdimat tarixi açıqlanıb
Cənubi Koreyanın Samsung şirkəti avqustun 29-da keçiriləcək tədbirdə Galaxy Note smartfonunun yeni versiyasını təqdim edəcək. Şirkət qurğunun texniki xüsusiyyətlərini vaxtından əvvəl açıqlamasa da, onun diaqonalının 5,5 düym olacağı güman edilir. Bu, birinci Note modelinin ekranından 0,2 düym çoxdur. Bundan başqa, displeyin elastik olacağı istisna edilmir, bu isə aparatın üst səthinin zərbələrə davamlı olmasına imkan verəcək, Lentayazır.
Smartfonun nümayişi sentyabrın 12-nə iki həftə qalmış baş tutacaq. Qeyri-rəsmi məlumatlara görə, həmin gün Samsung-un mobil qurğular bazarındakı əsas rəqibi olan Apple şirkəti yeni iPhone smartfonunu təqdim edəcək. Digər məlumatlara əsasən, ABŞ istehsalçısının smartfonu oktyabrda nümayiş olunacaq.
Galaxy Note modelinin birinci versiyası 2011-ci il sentyabrın 1-də nümayiş olunub. Aparatın böyük ekrana malik olması səbəbindən model smartfon və planşet kompüter arasında olan qurğu hesab edilir. Qeyd edək ki, 2012-ci il iyunun 1-nə Samsung 7 milyon Galaxy Note satıb.

http://mincom.gov.az
Xəbər 45 dəfə oxunub