İKT Xəbərləri

Apple və Samsung arasında məhkəmə prosesinə start verilib

ABŞ-da Apple və Samsung şirkətləri arasında məhkəmə prosesinin əsas hissəsi başlayıb. 
Xatırladaq ki, Apple korporasiyası Samsung-a qarşı məhkəmə iddiası ilə ötən il çıxış etmişdir və Cənubi Koreya şirkətini qeyri-qanuni olaraq özünün iPhone və iPad kimi məhsullarına bənzəyən smartfon və planşet kompüterlər istehsal etməkdə ittihamlandırmışdır.
Apple Samsung-dan 2,5 milyard dollar həcmində təzminat tələb edir, bu isə məhkəmə işini indiyədək patent məsələsində ən çox təzminat tələbli işə çevirib, ICTNews 
yazır.
Samsung isə, öz növbəsində, Apple-ın sadəcə uzun illər sənaye standartı olan texnologiyalardan istifadə edərək onları inkişaf etdirdiyini bəyan edir. Şirkət həmçinin əslində Apple-ın öz iPhone məhsulunu Sony şirkətindən oğurladığını iddia edir. Samsung-un vəkilləri şirkətin 1991-ci ildən mobil telefonlar istehsal etdiyini, Apple şirkətinin isə bu bazara yalnız 2007-ci ildə daxil olduğunu da diqqətə çəkirlər.

http://mincom.gov.az

 Xəbər 53 dəfə oxunub

 

levitra sales uk kamagra deutschland bestellen