İKT Xəbərləri

Apple-ın mənfəəti rüb ərzində 20,5% artaraq 8,8 milyard dollara çatıb

ABŞ-ın Apple şirkətinin 30 iyun 2012-ci ildə başa çatmış cari maliyyə ilinin üçüncü rübündə xalis mənfəəti bir il əvvəlki analoji dövrün 7,3 milyard dollarlıq göstəricisi ilə müqayisədə 20,5% artaraq 8,8 milyard dollar təşkil edib.
Hesabat dövrü ərzində mənfəət bir adi səhmə hesablandıqda ötən ilin analoji dövründəki 7,79 dollara nisbətdə 9,32 dollaradək artıb, RİA Novosti yazır.
Rüb ərzində Apple-ın mədaxili 35 milyard dollar təşkil edərək ötən ilki dövrün göstəricisini 22 faiz üstələyib.
Qeyd etmək lazımdır ki, göstəricilər bazar ekspertlərinin gözləntilərini doğrultmayıb, lakin şirkətin öz proqnozlarından yüksək olub.
Rüblük məlumatlar dərc edildikdən sonra Apple şirkətinin səhmlərinin qiyməti bir qiymətli kağız üçün 
5 faiz ucuzlaşaraq 570 dollar təşkil edib.

http://mincom.gov.az

 Xəbər 38 dəfə oxunub

 

cig brands