İKT Xəbərləri

HTC şirkəti HP-nin patentlərindən Apple-a qarşı iddia üçün istifadə edir

HTC şirkəti üçüncü istehsalçıdan - HP korporasiyasından aldığı patentlərdən arqument qismində istifadə edərək rəqibi Apple-a qarşı növbəti məhkəmə iddiası qaldırıb. Hər iki sənəddə söhbət şəbəkələrin idarə olunmasından və oradakı qurğuların qarşılıqlı əlaqəsindən gedir. 
Tayvan istehsalçısının hüquqşünaslarının fikrincə, iddia Apple-ın demək olar bütün məhsullarını, o cümlədən fərdi kompüter və smartfonları, eləcə də müxtəlif nəsil planşet kompüterləri əhatə edir. 
Patent mübahisəsindəki bu çəkişmə 2010-cu ildə başlayıb. O zaman araşdırmaların təşəbbüskarı kimi Apple-a qarşı iddia qaldıran Motorola Mobility şirkəti çıxış edib. Apple korporasiyası buna HTC şirkətinə də toxunan qarşılıqlı iddia qaldırmaqla cavab verib. Həmin vaxtdan bəri Tayvan istehsalçısı iPhone istehsalçısı ilə mübarizədə patent iddialarını sərtləşdirməyə çalışır, Onliner yazır.
Bu yaxınlarda növbəti təhqiqat başa çatıb və HTC araşdırmalar zamanı Google-dan aldığı bir sıra patentləri təqdim edib, lakin məhkəmə onları nəzərə almaqdan imtina edib. Buna baxmayaraq, qarşılıqlı iddialar ara verməyib və şirkətlər bu və ya digər ərazidə rəqib istehsalçıların qurğularının satışını qadağan etmək tələbi ilə çıxış etməkdə davam edirlər. 
HP-yə məxsus patentlərin güc balansına təsir göstərəcəyi məlum deyil və Apple baş verənlərə hələ ki reaksiya verməyib.

http://mincom.gov.az

 Xəbər 89 dəfə oxunub

 

natural viagra substitutes uk