İKT Xəbərləri

Yahoo! 450 min parolun sızdığı boşluğu aradan qaldırıb

Yahoo! internet-şirkəti hakerlərə 450 mindən çox istifadəçinin login və parolunu oğurlamağa imkan verən boşluqların mütəxəssislər tərəfindən aradan qaldırıldığını açıqlayıb.
Şirkət onu da bildirib ki, istifadəçilərin xəbərdar edilməsinə və gələcəkdə belə insidentlərin baş verməməsinə istiqamətlənən əlavə tədbirlər görüb. Eyni zamanda Yahoo! nümayəndələri hücuma aid konkret məlumat verməkdən, eləcə də hücumun kim tərəfindən və nə vaxt edildiyini açıqlamaqdan imtina ediblər, Cybersecurity yazır. Xatırladaq ki, Yahoo! hələ ötən cümə axşamı hücum faktını təsdiq edib, D33Ds Company haker qrupu isə hücum üçün məsuliyyəti öz üzərinə götürüb. Hakerlərin məlumatına görə, onlar 453 min istifadəçi barədə məlumat əldə ediblər. Şirkət sonradan oğurlanan akkauntların Yahoo Contributor Network şəbəkəsində qeydiyyatdan keçən istifadəçilərə məxsus olduğunu təsdiqləyib. 
Yahoo! nümayəndələrinin qeyd etdiyinə görə, hakerlər yalnız 2010-cu ilədək qeydiyyatdan keçən istifadəçilərə məxsus parollara sahib çıxıblar. Bu parollar ayrıca faylda saxlanılıb və şirkətin digər servisləri ilə əlaqəsi olmayıb. Rapid7-nin məlumatına əsasən, hakerlərin ələ keçirdikləri akkauntların 23,6 faizi Gmail-ünvanlarına, 12 faizdən çoxu Hotmail-ünvanları ilə bağlı olub.

http://mincom.gov.az

 Xəbər 38 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


buy camel cigarettes online free shipping