İKT Xəbərləri
RİTN-də “elektron hökumət” üzrə seminar keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Koreya Respublikası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “elektron hökumət” mövzusuna həsr olunmuş seminar keçirilib. Seminarda Koreya tərəfindən Xarici İşlər və Ticarət Nazirliyinin 3-cü katibi xanım Jung Ji-Seungun və Hökumətin innovasiyası və mərkəzləşdirilməsi üzrə prezident yanında Elektron hökumət komitəsinin üzvü və əsas məsləhətçisi, Cunbuq Dövlət Universitetinin professoru Kim Sanq-Ookun rəhbərliyi ilə informasiya texnologiyaları mütəxəssislərdən ibarət nümayəndə heyəti, Azərbaycandan isə dövlət qurumlarının nümayəndələri iştirak edib. Seminarın keçirilməsində məqsəd Koreyanın informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi və qarşılıqlı fikir mübadiləsinin aparılması olub.
Tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ilk öncə nazir Əli Abbasovun salamlarını seminar iştirakçılarına çatdırıb. Koreya ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, İKT sahəsində də əməkdaşlığın mövcudluğunu söyləyən nazir müavini Koreyanın “elektron hökumət” sahəsində çoxillik təcrübəsinin və inkişaf yolunun Azərbaycan üçün əhəmiyyətli olduğunu söyləyib. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri qısa şəkildə diqqətə çatdıran Elmir Vəlizadə seminarın işinə uğurlar diləyib.
Öz növbəsində Kim Sanq-Ook seminarın keçirilməsinin məqsədi haqqında qısa məlumat verərək Koreyanın qazandığı böyük uğurları hamı ilə paylaşmağa hazır olduqlarını deyib, ölkədə informasiya texnologiyalarının inkişafı və gələcək perspektivləri ilə bağlı dövlət proqramlarının qəbul edildiyini və bütün işlərin uğurla davam etdiyini bildirib.
Seminarda Koreyadan gələn İT üzrə mütəxəssislərin müxtəlif mövzularda məruzələri dinlənilib. Daha sonra Azərbaycanın dövlət qurumlarının İT-mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

http://mincom.gov.az
Xəbər 48 dəfə oxunub