İKT Xəbərləri

Intel yarımkeçirici avadanlıq istehsalçısına 4,1 milyard dollar sərmayə yatıracaq

Intel korporasiyası çip istehsalı prosesində yeni texnologiyaların tətbiqinin sürətləndirilməsi məqsədilə Niderlandın yarımkeçiricilərin buraxılışı üzrə avadanlıq istehsalçısı ASML Holding NV şirkətinə təxminən 4,1 milyard dollar sərmayə yatıracaq. 
Sazişin şərtlərinə əsasən, Intel ilkin olaraq Niderland şirkətinin səhmlərinin 10 faizini, daha sonra 5 faizini müvafiq olaraq 2,1 milyard və 1 milyard dollara alacaq. Bundan başqa, ABŞ korporasiyası ASML-in tədqiqat və inkişaf fəaliyyətinin stimullaşdırılması üçün 1 milyard dollar sərmayə qoyacaq. Bu sərmayələr iki mühüm - dərin ultrabənövşəyi şüalarda litoqrafiya və çip istehsalı üçün iri 450 millimetrlik plastinlər texnologiyasının tətbiqini sürətləndirməyə imkan verəcək. 
Hazırda mövcud olan 300 millimetrlik diametrə malik plastinlə müqayisədə 450 millimetrlik plastinlər çiplərin buraxılış sürətini artırmağa və istehsalın maya dəyərini azaltmağa imkan verir, Digit yazır.

http://mincom.gov.az

 Xəbər 45 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


can you buy american made cigarettes over the internet