İKT Xəbərləri
Yahoo! və Facebook patent mübahisələrini həll ediblər
Yahoo! və Facebook şirkətləri reklam sahəsində strateji əməkdaşlıq və patentdən istifadəyə dair qarşılıqlı iddialardan imtina edildiyini elan ediblər.
Sazişə uyğun olaraq şirkətlər mübahisəli patentlər üçün bir-birinə lisenziyanın verilməsi, eləcə də reklam satışı sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər. Bundan başqa, saziş iki internet nəhənginin servislərinin daha sıx inteqrasiyasını nəzərdə tutur, Lenta yazır.
Qeyd edək ki, Yahoo! və Facebook şirkətləri arasında “patent müharibəsi” 2012-ci ilin martında başlayıb. O zaman Yahoo! sosial şəbəkəyə qarşı iddia qaldıraraq onu internet-reklamın göstərilməsi və şəxsi parametrlərin qurulması texnologiyalarından qeyri-qanuni istifadədə təqsirləndirib.
2012-ci ilin aprelində Facebook Yahoo!-ya qarşı qarşılıqlı iddia qaldıraraq onun axtarış sisteminin əsas səhifəsinin, eləcə də Flickr fotohostinqinin və istifadəçilər üçün xəbərlərin fərdi seçilməsinə cavabdeh olan texnologiyanın qeyri-qanuni olmasını bəyan edib. Bundan əlavə, Facebook Yahoo!-nun iddiasının əsassız olmasını və gələcəkdə belə iddiaların qaldırılmasının qadağan edilməsini tələb edib.

http://mincom.gov.az
Xəbər 37 dəfə oxunub